Sənət 10:28 19.08.2019

Xalq artisti əməliyyat olunacaq

Xalq artisti Könül Xasıyeva əməliyyat olunacaq.

Bu haqda xanəndə özü axşam.az-a açıqlamasında deyib. O bildirib ki, sentyabrda onu iki əməliyyat gözləyir.

Əməliyyatı gerçəkləşdirməkdə ona aparıcı Hacı Nuran Hüseynov maddi kömək edəcək. K.Xasıyeva həm öd kisəsini kəsdirəcək, həm də qadın xəstəliyindən əməliyyat olunacaq.