Dünya 16:00 19.08.2019

Sabiq prezident məhkəmə qarşısında

Sudanın sabiq prezidenti Ömər Əl Bəşir ilk dəfə hakim qarşısına çıxıb.

Qaynarinfo xəbər verir ki, keçmiş ölkə rəhbəri korrupsiya, ölkədə qanunsuz pul saxlamaq, çirkli pulların yuyulması, hədiyyələr almaqda ittiham edilir. Təhlükəsizlik əməkdaşları aprel ayında Ömər Əl Bəşirin iqamətgahı və prezident sarayında araşdırma zamanı 5 milyon Sudan paundu, 351 min dollar, 6 milyon avrodan çox pul tapmışdı.

Xatırladaq ki, Sudanda hökumət əleyhinə etirazlar ötən ilin dekabr ayında başlayıb və aprel ayında baş tutan hərbi çevriliş Ömər Əl Bəşirin 30 illik hakimiyyətinə son qoyub.

Gülşən