İdman 13:01 07.09.2019

Məşhur futbolçu karyerasını bitirdi

Kamerun millisinin sabiq futbolçusu Samuel Eto karyerasını başa vurub. 

Qaynarinfo xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə şəxsi "Instagram" hesabından məlumat verib. 

Qeyd edək ki, kamerunlu forvard karyerası ərzində İspaniyanın "Real", "Leqanes", "Espanyol", "Malyorka", "Barselona", İtaliyanın "İnter", "Sampdoriya", İngiltərənin "Everton", "Çelsi",  Rusiyanın "Anji", Türkiyənin "Antalyaspor" və "Konyaspor" klublarında çıxış edib. O, son olaraq Qətərin eyniadlı komandasında forma geyinib.

O, klub karyerası ərzində İspaniya (3 dəfə) və İtaliya (1) çempionluğunu, həmçinin İspaniya (2) və İtaliya (2) kubokunu, hər iki ölkənin Super Kubokunu qazanıb. Futbolçu "Real"la 2, "İnter"lə bir dəfə Çempionlar Liqasına sahib çıxıb. Milan klubu ilə klublarası düna çempionatının qalibi olub. 

Eto Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudu - 118 oyun, 56 qol. O, 4 dəfə ilin ən yaxşı afrikalı oyunçusu (2003, 2004, 2005, 2010) seçilib. Futbolçu 2000 və 2002-ci illərdə Afrika Millətlər Kubokunun, 2000-ci ildə Yay Olimpiya Oyunlarınln qalibi olub.