Dünya 12:46 13.09.2019

KTMT baş katibi ermənilərin hay-həşirinə təəccübləndi: "Axı Azərbaycan..."

"Rusiya Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi olmağının əleyhinə deyil".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Rusiyanın Baş nazir köməkçisi Yuri Borisov İrəvanda səsləndirib. O, açıqlamasında bildirib:

"Qaydalar təkcə Azərbaycana şamil olunmur. KTMT post-Sovet ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Biz ailəyik və ortaq xüsusiyyətlərimiz var. Təşkilata üzv ölkələr, həmçinin Azərbaycanla hərbi-texniki sahədə balanslı və düşünülmüş siyasət icra edirik. Təşkilatda qərarlar ümumi razılıq əsasında qəbul edilir. Əgər Azərbaycana müşahidəçi statusunun verilməsinə ehtiyac olsa, qərar yekdilliklə qəbul olunacaq".

Baş nazir köməkçisi həmçinin bildirib ki, Rusiya Qarabağ münaqişəsinin gərginləşməsini istəmir, qarşıdurmanın həllinə hər formada tövhə verəcək.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Valeri Semerikov Ermənistan parlamentində Azərbaycana status verilməsi barədə müzakirə və narahatlıqlara təəccüblənib. Onun sözlərinə görə, Azərbaycandan belə bir müraciət daxil olmayıb.

Gülşən