Xəbər lenti

Nazir idarə rəisini işdən çıxardı
Ölkə 17:52 03.12.2019

Nazir idarə rəisini işdən çıxardı

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub. 

Qaynarinfo-nun strateq.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov vəzifəsindən azad edilib. 

Onun işdən azad edilməsinin səbəbi xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilməsidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->