Xəbər lenti

Bakının bu hissəsində su olmayacaq
Ölkə 13:56 07.12.2019

Bakının bu hissəsində su olmayacaq

Bakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək.

"Azərsu” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->