Sənət 15:13 08.12.2019

Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Ron Libman vəfat edib.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, sənətçi 82 yaşında pnevmoniya xəstəliyindən düynasını dəyişib.

Qeyd edək ki, Libman "Dostlar” serialındakı doktor Leonard Qrin obrazı ilə məşhurluq qazanıb. O, 1979-cu ildə "Kez” serialındakı roluna görə "Emmi”yə, 1993-cü ildə "Mələklər Amerikada” tamaşasındakı roluna görə isə "Toni” mükafatına layiq görülüb.