Dövlət Yol Polisi sükan arxasında sürücülərin daha diqqətli olmağa sövq edəcən yeni sosial çarx hazırlayıb.
Qaynarinfo xəbər verir ki, sosial çarx Bakı şəhər Dövlət Yol Polisinin təşəbbüsü ilə gerçəkləşdirilib.
Video çarxın hazırlanmasında əsas məqsəd yol qəzaların qarşısını almaq, sürücüləri sükan arxasında daha diqqəti olmağa təşviq etməkdir. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək üçün tez-tez arxa oturacaqda əyləşmiş hamilə xanımına baxır, onunla söhbət edir. Nəticədə yolu keçmək istəyən digər piyadanı görmür. Qəza nəticəsində isə sürücü, həyat yoldaşı və piyada həyatını itirir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər