Ekonomiks 11:14 30.05.2020

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,3 ABŞ dolları, yaxud 3,6% artıb.

Qaynarinfo xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 37,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.