Xəbər lenti

İdman 09:22 10.07.2020

"Neftçi"də yeni təyinat

"Neftçi” klubunun məşqçilər korpusuna yeni təyinat gerçəkləşib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->