Hulusi Akar ikitərəfli münasibətlərə kölgə salan məqamları açıqladı

Hulusi Akar ikitərəfli münasibətlərə kölgə salan məqamları açıqladı

"ABŞ-ın yeni administrasiyasındakı həmkarlarımızla yaxından əməkdaşlıq etməyi düşünürük”. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, üzdə olan bəzi problemlərin Türkiyə-ABŞ münasibətlərinə kölgə saldığı məlumdur.

"Məsələn, S-400 almağımız böyük bir problemə gətirib çıxarıb. Bu məsələdə niyyətimizin ancaq 83 milyon vətəndaşımıza və ölkəmizin havadan müdafiəsini təmin etmək olduğunu bildirmək istəyirəm. Bu mərhələyə açıq və şəffaf satınalma prosesindən sonra gəldik. Başqa nə etməyimizi gözləyirdilər? Əlavə olaraq F-35 texnologiyası təhlükəsizliyi ilə bağlı məsələ ABŞ üçün olduğu qədər Türkiyə üçün də eyni əhəmiyyətə malikdir. Bilirik ki, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığı var, ancaq biz bu narahatlıqları aradan qaldırmaqda maraqlıyıq. Nə olursa olsun, 70 illik iki müttəfiq arasındakı problemləri müzakirə edərkən təhdid dilindən və sanksiya ilə hədələməkdən çəkinmək lazımdır. Türkiyə NATO-nun işinə və əməliyyatlarına hərbi birliklərlə dəstək göstərən ilk beş, eyni zamanda iqtisadi dəstək göstərən ilk səkkiz ölkədən biridir. 30 ölkənin üzvü olduğu ittifaqda fərqli fikir və münasibətlərin olması olduqca normaldır. NATO-nun gücü ittifaqın xeyrinə olan fikir ayrılıqlarının aradan qaldırılmasındadır. Türkiyə isə ittifaqın bütün dəyərlərini və məsuliyyətini paylaşaraq, əməliyyatlarda və təlimlərdə öhdəsinə düşən vəzifələri icra edərək NATO-nun mərkəzində yer almaqdadır”, - deyə nazir vurğulayıb. (APA)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR