Xəbər lenti

“Dünya müflis olmaq həddinə çatıb“ - İqtisadçıdan bədbin proqnoz
Ekonomiks 22:00 23.11.2020

“Dünya müflis olmaq həddinə çatıb“ - İqtisadçıdan bədbin proqnoz

"Dünya ölkələrinin borc yükü 272 trilyon dollara çatıb, bu da dünyanın 1 ildə yaratdığı ÜDM-in 364%-dir”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, bu, faciəvi durumdur:

"Dünya Bankını və BVF-nin kriterlərinə görə hər hansı bir ölkənin borcu ÜDM-nin 80%-nə çatırsa, bu ciddi təhlükə deməkdir, 100%-ni keçirsə, bu artıq müflisləşməyə yol açan durum sayılır. Məsələn, Yunanıstanın müflisləşməsi zamanı borcu ÜDM-nin 180%-nə çatmışdı, AB ölkələri, əsasən də Almaniya kömək etməsəydi, Yunanıstan düşdüyü durumdan çıxa bilməzdi və müflis elan ediləcəkdi”.

Ekspert bildirib  ki, dünya müflislik səviyyəsinə çatıb, borclar silinməli, kimlərsə dünyada bankrot elan edilməlidir:

"Təəssüf ki, belə böyük borc yükünü müharibələrsiz (regional, geniş) silmək mümkün olmayacaq, ümumiyyətlə, dünyada yığılan və açılması mümkün olmayan düyünlər var, onlar da geniş müharibə olmadan çözülməyəcək. Beləliklə, hər bir gedişata hazır olmalı, güclü, hüquqi dövlət qurmalıyıq, çünki başqa yol yoxdur. Dünyanın "çivisi çıxıb", ədalət hüququn yox, gücün yanına keçib, indiki  durumda zəiflərin ayaqlar altında qalması ehtimalı çox güclüdür. Necə deyərlər, ağır günlər bitir, indi bizi daha ağır günlər-illər gözləyir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->