Ekonomiks 23:09 27.01.2021

FED dollarla bağlı qərar verdi

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) yanvar iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

Xatırladaq ki, FED dekabrda da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.