Ölkə 17:33 07.04.2021

Əməkdar artist koronavirusa yoluxdu

Əməkdar artist Nahidə Orucova koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu haqda ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişinə zəng edən aktrisa vəziyyətinin ağır olduğunu deyib:

"Harasa getməyə qorxurdum, qorunurdum. Evdə otura-otura virusa yoluxdum. Çox pisəm, elə bil məni döyüblər. Hər yerim ağrıyır, hərarətim var".