Ölkə 21:32 14.04.2021

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi (FOTO)

Azərbaycanın sərbəst güləş üzrə Əməkdar məşqçisi, SSRİ idman ustası Qiyas Məsimov 71 yaşında vəfat edib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musayev məlumat verib.

Onun sözlərinə görə, Məsimov böyrək çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, Qiyas Məsimov son olaraq Abşeron rayonu Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb.