Ölkə 11:40 23.04.2021

Vilayət Eyvazov mayora yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Ceyhun Qurbanov Qəbələ rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Qəbələ RPŞ-də istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.