Foto 22:45 03.05.2021

Şəhidimiz dəfn olundu (FOTO)

Vətən müharibəsində şəhid olan və 8 ay sonra nəşi tapılan şəhid Əli Yusifov torpağa tapşırılıb.

Qaynarinfo xəbər verir ki, şəhidimiz Şərur Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayan leytenant Əli Yusifovun 24 yaşı olub. Şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan Əli nişanlı idi.