Ölkə 11:52 07.05.2021

Arif Quliyevin dəfn olunacağı yer məlum oldu

Bu gecə vəfat edən Xalq artisti Arif Quliyev Yasamal qəbirstanlığında dəfn olunacaq.

Qaynarinfo-nun məlumatına görə, hazırda mərhumla vida mərasimi keçirilir. Mərasimdə sənətkarın yaxınları işitrak edirlər.

Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi, süni tənəffüs aparatına qoşulmuşdu.