Xəbər lenti

Füzulidə 4 erməni hərbçinin meyiti tapıldı
Ölkə 19:05 02.08.2021

Füzulidə 4 erməni hərbçinin meyiti tapıldı

Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb.

"Report” xəbər verir ki, məlumatı "Aysor” yayıb.

Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->