Xəbər lenti

“Fənərbağça” və “Beşiktaş” “Qarabağ”ın legionerinə təklif
İdman16:07 16.05.2024

“Fənərbağça” və “Beşiktaş” “Qarabağ”ın legionerinə təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Fənərbağça” və "Beşiktaş” klubları "Qarabağ”ın futbolçusu Leandro Andrade ilə yaxından maraqlanırlar.

İstanbul nəhəngləri kabo-verdeli hücumameyilli yarımmüdafiəçi üçün Ağdam klubuna təklif göndəriblər.

İddiaya görə, Azərbaycan çempionu ilk təklifə mənfi cavab verib. "Qarabağ”ın bu keçid üçün Türkiyə klublarından L. Andradenin müqaviləsində sərbəstqalma məbləği olaraq göstərilən 4 milyon avro tələb etdiyi bildirilib.

25 yaşlı vingerin xidmətində Rusiyanın 3 klubunun da maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Leandro Andrade "Qarabağ”a 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More” klubundan keçib.