Ölkə 09:57 20.09.2021

Daxili işlər orqanlarında yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Oxu.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Bədirşah Vəlimətov Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub. 

O, bu təyinata qədər Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi işləyib.