Mahir Emreli

Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.

Qaynarinfo xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib.

Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib.

Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli "Legiya"da rəsmi oyunlarda 10 dəfə rəqib qapılarına yol tapıb.
XƏBƏRLƏR
BLOGLAR
X