Xəbər lenti

Kanadalı diplomat: Ukrayna ilə müharibə Rusiya iqtisadiyyatını çökürdəcək
Dünya 17:38 02.12.2021

Kanadalı diplomat: Ukrayna ilə müharibə Rusiya iqtisadiyyatını çökürdəcək

"Moskva Kiyevə qarşı hərbi əməliyyata başlamaq qərarına gələrsə, Rusiya özünü tam beynəlxalq təcrid vəziyyətinə salacaq və iqtisadiyyatı çökəcək”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Kanadanın Əfqanıstandakı keçmiş səfiri Kris Aleksandr "Globe and Mail” qəzeti üçün məqaləsində yazıb. Bundan əlavə, o, belə bir münaqişənin beynəlxalq xarakter alacağına əmindir.

"Rusiya ordusunun Ukraynaya genişmiqyaslı və açıq hərbi müdaxiləsi nəticəsində Putin beynəlxalq səviyyədən kənarda qalacaq və bu, Rusiya iqtisadiyyatının daha da böyük qanaxmasına səbəb olacaq", - diplomat bir çox Avropa ölkələrinin Kiyevin tərəfində olacağına əminliyini ifadə edib. Onun fikrincə, ABŞ və NATO da Moskvanın bu cür hərəkətlərinə qətiyyətlə reaksiya verməli olacaq.

Qərb siyasətçiləri və media son zamanlar Rusiyanın Ukrayna ilə sərhəddə əlavə hərbi birləşmələr cəmlədiyini, qonşu respublikaya müdaxiləyə hazırlaşdığını dəfələrlə bəyan ediblər. Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ölkənin hərbi rəhbərliyi öz mülahizəsinə uyğun olaraq öz ərazisində qoşunların yerini dəyişə bilər. Kreml vurğulayıb ki, "Rusiya təcavüzü” ilə bağlı bəyanatlar NATO kontingentinin sərhədyanı bölgələrdə qurulması üçün bəhanə kimi istifadə olunur.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->