Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə 12:33 02.12.2021

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->