İdman 21:29 05.12.2021

"Qalatasaray" Ağalarovu transfer edir

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Rusiyanın "Ufa" klubunda çıxış edən Qamid Ağalarovu transfer etməyi planlaşdırır. 21 yaşlı rusiyalı hücumçu üçün artıq qarşı tərəflə rəsmi danışıqlara başlanılıb. Ağalarovun yanvar ayında "cim-bom"un sıralarına qoşulacağı gözlənilir. Komandanın baş məşqçisi Fatih Terimin hücum xətti üçün əsas namizədlərindən biri məhz adıçəkilən futbolçudur.

"Qalatasaray"ın onun üçün "Ufa"nın tələb etdiyi 5 milyon avronu ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Dağıstanda doğulan və əslən avar olan Qamid Ağalarov həm də Rusiyanın U-21 millisində çıxış edir.