Ermənistan parlamentinin sədri Alen Simonyan rusiyalı jurnalistləri "egenerasiya” adlandıraraq, onları Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərməkdə ittiham edib.
Qaynarinfo xəbər verir ki, o, ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin nəzərdən keçirilməli olduğunu bildirib.
"Bu manqurtların proqramları ölkəmizdə çoxdan bağlanıb, onlara giriş də qadağandır. Amma əgər onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışmağa cəsarət edirsə, bəlkə biz də onların mənzillərimizə daxil olmasının qarşısını almalıyıq, deyə Simonyan Taşir Qrupu rəhbəri Samvel Karapetyanın Ermənistan-Rusiya münasibətlərinə təsiri ilə bağlı suala cavab verib.
Xatırladaq ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da rusiyalı siyasətçilər və ekspertlərin ölkənin daxili işlərinə qarışmaq hüququ olmadığını bəyan edib. Bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan Apostol kilsəsini dəstəkləyən çıxışından sonra verilib.
QEYD: Degenerasiya - Bir növün, daha az yetişkin bir vəziyyətə gəlməyə, pozulmağa, dağılmağa yol açacaq formada dəyişməsi. Həyat tərzi və fəaliyyətlərində geriləmək və durğunluq. Təbii artım funksiyasının itirilməsi yaxud bir orqanizmin ya da orqanın, nəslin təbii inkişafına təsir edəcək formada pozulması.
Aydın
Şərhlər