Ölkə 17:49 28.01.2022

Nazirdən yeni təyinat

Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrinə əsasən, idarənin rəisi Elbəy Əli işdən çıxarılıb. Nazirin digər əmri ilə Nurəddin Mehdiyev Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, N.Mehdiyev Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür.