Xəbər lenti

2024-cü ildə qazanc rekordları vuran
Dünya 16:06 01.01.2025

2024-cü ildə qazanc rekordları vuran "Nvidia"nı 2025-ci ildə nə gözləyir?

Süni intellekt texnologiyalarının yayılması ilə ABŞ-ın çip istehsalçısı "Nvidia" 2024-cü ildə möhtəşəm uğurlara imza atıb. 

Qaynarinfo xəbər veror ki, şirkət ilin sonunda 183% böyümə ilə 3,3 trilyon dollar bazar dəyərinə çatıb. Hətta bir gün ərzində 330 milyard dollar dəyər qazanaraq tarixin ən böyük günlük qiymət artımına nail olub.

2024-cü ildə "Nvidia" avtomobil sektorunun da təsiri ilə gəlirlərini 94% artıraraq 35 milyard dollara çatdırıb. Şirkətin Tayvan əsilli baş direktoru Yensen Huanq bu uğurlar sayəsində sərvətini 120 milyard dollara çatdıraraq, dünyanın ən zəngin 12-ci şəxsi olub.

2025-ci ilin əsas amilləri: "Blackwell" çipləri və bulud bilişim sektoru

Mütəxəssislər "Nvidia"nın yeni təqdim edəcəyi "Blackwell" qrafik emal çiplərinin 2025-ci ildə böyük bir katalizator olacağını proqnozlaşdırır. Bu çiplər əvvəlki "Hopper" modeli ilə müqayisədə süni zəka təlimlərini 4 dəfə daha sürətli və ümumi əməliyyatları 30 dəfə daha sürətli yerinə yetirə bilər.

Bundan əlavə, "Morgan Stanley" analitikləri, 2025-ci ildə süni zəka dəstəkli bulud emal xərclərinin 50% artacağını bildirir. Bu, "Nvidia"nın gəlir artımına mühüm təsir göstərə bilər.

"Nvidia" "Apple"ı keçə bilərmi?

Analitiklər "Nvidia"nın 2025-ci ildə bazar dəyərinin 4 trilyon dolları keçəcəyini proqnozlaşdırır. Bu, şirkətin hazırda 3,9 trilyon dollar bazar dəyərinə sahib "Apple"ı keçməsi üçün yalnız 17% daha artım deməkdir. 

"Nvidia"nın hissələrinin isə 2025-ci ildə 200-225 dollar arasında dəyişəcəyi gözlənilir.

Problemlər: Elektrik tələbatı və gəlir axını

Lakin mütəxəssislər bildirir ki, süni zəka texnologiyalarının yüksək elektrik istehlakı böyük çətinliklər yarada bilər. "Barclays"ın tədqiqatlarına əsasən, süni intellekt mərkəzlərinin elektrik tələbatı 2030-cu ilə qədər mövcud şəbəkə imkanlarının ikiqatından çox arta bilər. Bu, həm istehlakçı elektrik qiymətlərinin artmasına, həm də süni zəka şirkətləri üçün əlavə vergilərin tətbiqinə səbəb ola bilər.

Digər tərəfdən, bəzi fond menecerləri "Nvidia" və digər süni zəka şirkətlərinin yüksək xərclərinə baxmayaraq, davamlı gəlir axınında çatışmazlıq olduğunu vurğulayır. Bu səbəbdən, maliyyətlərin azaldılması ehtimalı hissə dəyərlərində azalmaya gətirib çıxara bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->