"OpenAI" rəhbəri Sem Altman əməkdaşlara "Kod Qırmızı” elan etdiyini və bütün resursların təcili şəkildə ChatGPT çat-botunun funksionallığının yaxşılaşdırılmasına yönəldilməli olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə daxili göstərişlərə istinadən "The Information" məlumat yayıb.
Bu səbəbdən digər layihələrin, o cümlədən süni intellekt (Al) agentlərinin və reklam mexanizmlərinin hazırlanma tempi ləngiyəcək. Altman həmçinin vurğulayıb ki, "OpenAI"ın əsas diqqət mərkəzlərindən biri artıq şəkil yaradılması üçün modellərin təkmilləşdirilməsi olacaq. Şirkət bu sahədə rəqiblərindən ciddi şəkildə geri qalır.
Nəşrin məlumatına görə, Altman bundan əvvəl də əməkdaşları xəbərdar etmişdi ki, "Google" "OpenAI" üçün müvəqqəti iqtisadi çətinliklər yarada bilər. Bu narahatlıq "Gemini 3 Pro" Al modelinin istifadəyə verilməsindən sonra daha da artıb. Yeni model demək olar ki, bütün testlərdə "GPT-5.1"i üstələyib.
Vəziyyət istifadəçi davranışları ilə də mürəkkəbləşib: çat-bot auditoriyası "Gemini" ilə ChatGPT-dən daha çox ünsiyyət qurur, baxmayaraq ki, "OpenAI" hələlik ümumi istifadəçi sayına görə liderliyini qoruyur.
İnvestorlar da narahatdır: "OpenAI" qazandığından üç dəfə çox vəsait itirir. 2025-ci ilin ilk yarısında şirkət 4,3 milyard dollar gəlir əldə etsə də, itkiləri 13,5 milyard dollar təşkil edib.
Aydın
Şərhlər