Xəbər lenti

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Ölkə10:10 06.11.2026

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb.

1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə parkinqdən çıxarkən Sadıqova Esmira Həsənağa qızını vurub.

71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, H.Seyidbəyov əvvəllər yüksək vəzifələrdə çalışıb. O, Penitensiar Xidmətin Rabitə və texniki təminat şöbəsinin rəisi vəzifəsini tutub.