Xəbər lenti

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Ölkə09:53 06.11.2026

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.

Qaynarinfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.

Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.