Xəbər lenti

2026-cı il üçün TOP-10: Hansı modellər zirvədə olacaq, kimlər geridə qalacaq?
Dünya 21:11 07.12.2025

2026-cı il üçün TOP-10: Hansı modellər zirvədə olacaq, kimlər geridə qalacaq?

"Consumer Reports” 31 avtomobil istehsalçısını əhatə edən illik reytinqini dərc edərək 2026-cı ildə hansı markaların lider, hansının isə autsayder olacağını müəyyənləşdirib.

Qaynarinfo xəbər verir ki, qiymətləndirmə yol testləri, təhlükəsizlik göstəriciləri, proqnozlaşdırılan etibarlılıq və sahib məmnuniyyəti əsasında aparılıb.

2026-cı ilin ən yaxşı 10 avtomobil brendi

"Consumer Reports”a görə, ən yaxşı istehsalçılar bu ardıcıllıqla sıralanıb:

1."Subaru”
2.BMW
3."Porsche”
4."Honda”
5."Toyota”
6."Lexus”
7."Lincoln”
8."Hyundai”
9."Acura”
10."Tesla”

2026-cı ilin ən zəif 10 avtomobil brendi

Reytinqin ən aşağı pillələrində yer alan markalar:

1."Jeep”
2."Land Rover”
3.GMC
4."Dodge”
5."Alfa Romeo”
6."Rivian”
7."Chrysler”
8."Chevrolet”
9."Mercedes-Benz”
10."Volkswagen”

"Consumer Reports” bildirir ki, reytinqə yalnız şirkətin ən azı iki modelini test etdiyi markalar daxil edilib. Bu səbəbdən siyahıda "Fiat”, "Infiniti”, "Jaguar”, "Lucid”, "Maserati”, "Polestar” və "Ram” yer almır.

Aydın
--> -->