Xəbər lenti

2034-cü il Qış Olimpiadası bu şəhərdə keçiriləcək - BOK qərar verdi
İdman 16:48 24.07.2024

2034-cü il Qış Olimpiadası bu şəhərdə keçiriləcək - BOK qərar verdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının paytaxtı kimi Amerikanın Solt-Leyk Siti şəhərini seçib. 

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Solt Leyk Siti əvvəllər Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Bu, 2002-ci ildə baş verib. 

Qeyd edək ki, ABŞ 2028-ci il Yay Olimpiya Oyunlarına da ev sahibliyi edəcək, məkan olaraq Los-Anceles seçilib.

2030-cu il Qış Olimpiya Oyunları Fransanın Alp dağlarında keçiriləcək.

Növbəti Olimpiya Oyunları 2024-cü ilin yayında keçiriləcək. İyulun 26-dan avqustun 11-dək Paris müsabiqəyə ev sahibliyi edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->