Yer kürəsinin əhalisi 2064-cü ildə pik həddə çatacaq – həmin vaxt planetdə təxminən 9,73 milyard insan yaşayacaq.
Qaynarinfo "The Lancet”ə istinadla xəbər verir ki, bu, əsrin sonuna qədər dünya əhalisinin təxminən 11 milyard nəfər olacağını hesablayan BMT-nin proqnozundan azdır.
Vaşinqton Metrika və Sağlamlıq Qiymətləndirmə Tibb İnstitutunun alimləri hesab edir ki, 2064-cü ildəki zirvədən sonra tədricən azalma başlayacaq və bu, daimi xarakterdə olacaq, beləcə, 2100-cü ildə Yer kürəsində təxminən 8.79 milyard insanın yaşayacağı proqnozlaşdırılır. Eyni zamanda, orta ömür uzunluğu artacaq ki, bu da demək olar, bütün dünyada 74 ili keçəcək.
Demoqrafik dəyişikliklərin səbəbləri təhsilin geniş yayılması, Afrika, Orta Şərq və bəzi Asiya ölkələrində müasir kontrasepsiya vasitələrinin daha geniş istifadəsi olacaq.
Qeyd edək ki, indi dünyada 7.59 milyard insan yaşayır.
Alpər
Şərhlər