Xəbər lenti

Rusiya ABŞ-ın Ukrayna ilə bağlı qeyri-müəyyən siyəsətindən istifadə edir - İSW
Dünya 10:07 16.11.2024

Rusiya ABŞ-ın Ukrayna ilə bağlı qeyri-müəyyən siyəsətindən istifadə edir - İSW

Kreml Qərbin Rusiya Federasiyasının xeyrinə qərar qəbul etməsinə təsir etmək üçün refleksiv nəzarət kampaniyasını gücləndirir. Bu, ABŞ-ın Ukrayna ilə bağlı siyasətində qeyri-müəyyənlik olduğu bir vaxta təsadüf edir.

Bu barədə Qaynarinfo Müharibənin Tədqiqi İnstitutunun (İSW) hesabatına istinadən xəbər verir.

Analitiklər ötən gün baş verənlərə əsaslanaraq bu qənaətə gəliblər. Xüsusilə, noyabrın 15-də Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb. Söhbət zamanı o, Almaniya hökumətinə və digər Qərb dövlətlərinə Ukraynaya əlavə hərbi dəstək verməkdənsə, ona sülh danışıqlarına təzyiq etmək üçün təsir etmək məqsədi daşıyan Kremlin bir neçə informasiya əməliyyatını təkrarlayıb.

Öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski Şoltsla Putinin söhbətini "Pandoranın qutusu” adlandırıb və xəbərdarlıq edib ki, bu söhbət Kreml rəhbərinə əsas məqsədlərinə çatmağa kömək edir. Söhbət beynəlxalq ictimaiyyətdə təcridin azaldılmasından və Rusiyanın xeyrinən olan şərtlərlə "heç nəyə gətirib çıxarmayacaq” danışıqlara başlamaqdan gedir.

İSW yazır ki, Putin və digər yüksək rütbəli Rusiya rəsmiləri son vaxtlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında hökumətin xarici siyasətinə təsir etmək məqsədi daşıyan ritorikasını gücləndiriblər.

Bundan əlavə, Kreml bu yaxınlarda mümkün gələcək danışıqların şərtlərinə güzəştə getmək istəmədiyini təsdiqləyib, eyni zamanda Kremlin uzunmüddətli hədəfinin, yəni Ukraynanın tam təslim olmasının dəyişməz qaldığını göstərib.

Analitiklərin fikrincə, Kreml Ukrayna dövlətinin Avropadakı müttəfiqlərinə qarşı refleksiv nəzarət kampaniyasını gücləndirməklə ABŞ-ın Ukrayna siyasətinin gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən istifadə etməyə çalışa bilər.

Xüsusilə də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və müdafiə naziri Andrey Belousov da daxil olmaqla Rusiya rəsmiləri Kremlin əməliyyatları haqqında məlumat yaymaq üçün Qərbin siyasi və müdafiə rəsmiləri ilə telefon danışıqlarından istifadə ediblər. Bunlar həm də Qərbi təhdid etmək cəhdləri idi ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı tələsik güzəştə getsinlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->