Foto 15:40 24.09.2021

22 yaşlı idmançı döyüşdən sonra öldü (FOTOLAR)

Braziliyalı MMA döyüşçüsü Lukas Qabriel Peres döyüşdən sonra həyatını itirib.

Qaynarinfo "Milliyet"e istinadən xəbər verir ki, Braziliyanın Marinca bölgəsində yaşayan qəfəs döyüşçüsü sentyabrın 11-də keçirdiyi döyüşdən sonra ölüb. Aldığı zərbələrdən sonra başında güclü ağrılar hiss edən 22 yaşlı idmançı ailəsi tərəfindən xəstəxanaya yerləşdirilib.
 
Xəsəxanada getdikcə durumu daha da ağırlaşan Peresin aldığı zərbələrdən sonra başından zədələndiyi aşkarlanıb. Ancaq həkim müdaxilələrinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb. 

Onun da iştirak etdiyi qəfəs döyüşünün təşkilatçıları isə məsələ ilə bağlı açıqlama verməyib.

Səbuhi Həsənov