"Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün ilk matçına çıxacaq.
Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi Sloveniyanın "Selye” klubu ilə üz-üzə gələcək.
"Bank Respublika Arena”da keçiriləcək və qazaxıstanlı referi Daniyar Saxinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 17-də Sloveniyada keçirəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
10 iyul
20.00 Sabah (Azərbaycan) - Selye (Sloveniya)
Baş hakim: Daniyar Saxi (Qazaxıstan).
"Bank Respublika Arena”
Şərhlər