İtaliyanın uzun müddətdir axtarılan mafia başçısı Rokko Morabito Uruqvayda ələ keçirilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Uruqvay daxili işlər nazirliyi 1994-cü ildən bəri narkotik alveri və mafia fəaliyyətlərinə görə axtarılan Morabitonun paytaxt Montevideoda ələ keçirilməsi barədə məlumat yayıb.
11 ildir burada yaşayan Morabito qızını öz soyadı ilə məktəbə yazdırdığı üçün ələ keçib. Həyat yoldaşı ilə birlikdə həbs edilən Rokkoya aid 13 mobil telefon, 12 bank kartı, iki maşın, zinət əşyaları, Portuqaliya pasportu və çox sayda çek ələ keçirilib. Onun Uruqvayda Braziliya pasportu ilə yaşadığı bildirilir.
Qeyd edək ki, Braziliyadan yüzlə kq kokain gətirdiyi deyilən Rokko beynəlxalq narkotik qaçaqmalçılığı ilə məşğul olan təşkilata üzv olmaqda ittiham edilir və İtaliyada axtarışda olan şəxslər sırasında ilk yerlərdə qərarlaşırdı.
Gülşən
Qaynarinfo.Az
Şərhlər