Xəbər lenti

250 manatlıq yardım: Hökümət bu iqtiqamətdə konservativ mövqe sərgiləyib (ŞƏRH)
Ekonomiks 18:50 05.08.2020

250 manatlıq yardım: Hökümət bu iqtiqamətdə konservativ mövqe sərgiləyib (ŞƏRH)

"Təəssüf ki, hökümət bu iqtiqamətdə nisbətən daha konservativ mövqe sərgiləyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Rəşad Həsənov Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə 250 manatlıq yeni maliyyə dəstəyinin göstərilməsi ilə bağlı qərarını şərh edərkən deyib. Ekspert bildirib ki, qərarda iki proqram öz əksini tapıb:
 


"Biri fərdi sahibkarlara dəstək, birdəfəlik yardım, ikincisi də sahibkarlıq subyektlərinə əmək haqqı fondunun dəstəklənməsi proqramı. Əslində bu gözləniləndir. Çünki uzun müddətdir ki, həm ictimai səviyyədə, həm də müəyyən qədər yuxarı səviyyədə müzakirə olunan məsələlərdən biri ondan ibarətdir ki, əgər karantin tədbirlərinin vaxtı uzadılırsa, iqtisadi fəaliyyətlər üzrə insanların məşğulluq imkanları məhdudlaşdırılırsa, sahibkarklıq subyektlərinin fəaliyyəti dayandırılırsa, bu istiqamətdə yaranmış maliyyə dəstəyinin müəyyən bir qismini dövlət öz üzərinə götürməli və vəziyyətin, xüsusi ilə də sosial iqtisadi vəziyyətin müəyyən qədər tarazlanması, insanların normal qidalanması və səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi, ailə büdcələrinin dəstəklənməsi vacib şərtlərdən biridir. Amma təəssüf ki, hökümət bu iqtiqamətdə nisbətən daha konservativ mövqe sərgiləyib. Və mümkün qədər daha az dəstək verməklə büdcədə yaranmış təzyiqləri neytrallaşdırmağa üstünlük verib. Açıqlanan proqram da yaranmış tələbin, zərurətin nəticəsində ortaya qoyulub”.

Rəşad Həsənov bunun müəyyən qədər gecikmiş addım olduğunu hesab edir:

"Artıq iki aydır ki, həm sahibkarlar, həm də bir çox sahibkarlıq subyektləri bu proqramlardan kənar qalıblar. Faktiki olaraq iqtisadiyyatın əsasını təşkil edən 16 rayonda, hansı ki, 95% iqtisadiyyat məhz bu rayonlardadır, o cümlədən Bakı şəhərində fəaliyyətlər məhdudlaşdırılıb. İndiki halda əvvəlki proqramı yenidən gündəmə gətiriblər. Burada əmək haqqı fonduna dəstəklə bağlı proqram bir aylıq əmək haqqı həcmindədir. Amma ödəniş müddəti iki ay olmaq şərti ilə. Yəni, o iki hissəyə bölünəcək. Yarısı bir ay, yarısı isə ikinci ay sahibkarlıq subyektlərinə ödəniləcək. Bu şərtlə ki, ötən dövr ərzində həmin sahibkarlar ciddi səviyyədə işdən çıxarılma hallarına yol verməyib. Yəni, əslində rəsmi statistika onu deməyə əsas verir ki, işdən çıxarılma halları azdır. Çünki faktiki olaraq pandemiya dövründə muzdla çalışanların sayı 2 %-ə qədər artıb. Burada maraqlı vəziyyət var. Çünki bəzi sahibkarlar işçilərini işdən çıxara bilər, amma bir sıra istiqamətlərdə də xüsusi ilə icazələrin alınması, hərəkətin təmin olunması məqsədi ilə süni əmək müqavilələrinin bağlanması sayı xeyli artıb. Bu real vəziyyəti göstərmir. Amma istənilən halda necə ölcüləçəyi meyarlarda öz əksini tapmayıb”.

Rəşad Həsənov qeyd edib ki, ikinci proqram bəzi sahibkarlara 250 manat səviyyəsində bir dəfəlik maliyyə yardımının göstərilməsi ilə bağlıdır: 
"Hər iki proqramda əvvəlcədən müraciət etmiş şəxlsərin məlumatları artıq sistemdə olduğu üçün onlara ödənişlər birbaşa olaraq həyata keçiriləcək. Amma hansı ki, əvvəlki proqramlardan yararlana bilməyiblər, müraciət etməyiblər, bu insanların da ayın 10-na kimi proqrama müraciət etməsinə şərait yaradıblar”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->