Video 09:38 13.05.2021

29 ildən sonra Şuşada bayram namazı... (VİDEO/YENİLƏNİB)

İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə qılınan Ramazan bayramı namazı başa çatıb.

Qaynarinfo xəbər verir ki, bayram namazı Yuxarı Gövhərağa məscidində QMİ sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Bayram namazından sonra dualar oxunub. Daha sonra Hacı Şahin Həsənli xütbə oxuyub.
 
09.00
 
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınır.

Qaynarinfo xəbər verir ki, 29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımlanır.
 
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü "Xarıbülbül” musiqi festivalı keçirilir.