Ölkə 09:35 27.09.2021

"30 illik həsrətdən sonra Azərbaycan torpaqları öz sahiblərinə qaytarıldı" - Allahşükür Paşazadə

"30 illik həsrətdən sonra Azərbaycan torpaqları öz sahiblərinə qaytarıldı".

Bunu Təzəpir məscidində keçirilən Anım Günü tədbirlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycanla qardaş Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi tarixdə qalacaq və əsil qardaşlıq örnəyidir./"Report"