319 sayılı bağçanın müdiri valideyndən rüşvət tələb edir (İDDİA)

319 sayılı bağçanın müdiri valideyndən rüşvət tələb edir (İDDİA)

Sabunçu rayonu, Ramana kəndində yerləşən 319 sayılı dövlət bağçasından saytımıza şikayət daxil olub.

Valideyn tərəfindən EkoNews-a daxil olan şikayətdə ondan rüşvət tələb edildiyini iddia edir.

Şikayəti olduğu kimi təqdim edirik:

"Övladımı Sabunçu qəsəbəsi, Ramana kəndində yerləşən 319 sayılı dövlət bağçasına yazdırmaq istəyirdim. Bağçanın direktoru Vahabova Mailə Əziz qızı uşağı baxçaya yazdırmaq üçün 200 manat, aylıq isə 20 manat ödəməli olduğumu dedi”.

Məsələ ilə bağlı olaraq 319 sayılı bağça ilə əlaqə saxladıq. Zəngimizə özünü tibb bacısı kimi təqdim edən Aygün xanım bağça direktorunun bizimlə 15 dəqiqə sonra əlaqə saxlayacağını bildirdi. Lakin, üzərindən saatlar keçməsinə baxmayaraq direktor tərəfindən zəng gəlmədi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR