Əməkdar artist Nahidə Orucova plastik əməliyyatdan sonra kökəlməyi ilə bağlı məlumata aydınlıq gətirib.
Aktrisa Qaynarinfo-ya açıqlamasında kökəldiyini etiraf edib:
"Son vaxtlar çox halsız olurdum. Bu üzdən az da olsa kökəlmək istədim. Az-az çörək yedim, çox az kökəlmişəm. Çalışacağam ki, belə də qalım”.
Qeyd edək ki, Əməkdar artist Nahidə Orucova mədə kiçiltmə əməliyyatı etdirib. 115 kilo çəkisi olan aktrisa əməliyyatdan sonra 35 kiloqram arıqlamışdı.
Bahar Rüstəmli
Şərhlər