Xəbər lenti

38 il sonra Robert Muqabesiz seçkilər baş tutacaq
Dünya 19:03 29.07.2018

38 il sonra Robert Muqabesiz seçkilər baş tutacaq

Sabah Zimbabvedə prezident seçkiləri keçiriləcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, seçkiləri xüsusi edən fakt 38 il sonra sabiq prezident Robert Muqabenin seçkilərdə iştirak etməməsidir. Əsas namizəd hazırkı ölkə rəhbəri Emmerson Mnanqaqvadır. Namizədlər arasında 4 qadın da yer alıb. Mnanqaqvanın əsas rəqibi 7 partiyanın birləşməsi ilə yaranan Demokratik Dəyişiklik Hərəkatının rəhbəri Nelson Çamisadır. 

Qeyd edək ki, ötən aylarda ölkədə dövlət çevrilişi cəhdi edilmiş, Muqabe Mnanqaqvanın xeyrinə hakimiyyətdən əl çəkməyə razılıq vermişdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->