Xəbər lenti

4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
Ölkə 18:48 18.07.2019

4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşlarının  dövlət başçısı  İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->