Xəbər lenti

40 illik düşmənçilik bitdi
Dünya 14:10 15.11.2018

40 illik düşmənçilik bitdi

Livanın xristian liderlərindən olan Livan Qüvvələri Partiyasının sədri Samir Caca ilə Marada Hərəkatı Partiyasının lideri Süleyman Franki arasında sülh sazişi imzalanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, xristian liderlər ortaq açıqlama ilə çıxış edərək keçmişin kədərli səhifəsini bağladıqlarını və yeni başlanğıc edəcəklərini bildiriblər.

Qeyd edək ki, iki partiya arasında qarşıdurma 1978-ci ildən bəri davam edirdi. O dövrdə Kətaib Partiyasının hərbi qanadı olan Livan Qüvvələrinin Marada Partiyasına təşkil etdiyi hücum Ehden Qətliamı ilə nəticələnmişdi. Livan Qüvvələri digər partiyaları da mübarizəyə cəlb etmiş və vətəndaş müharibəsi daha da şiddətlənmişdi. 

Samir Caca Franki ailəsinin evinə hücuma rəhbərlik etmiş, lakin yaralandığı üçün əraziyə çata bilməmişdi. Digər komandirin icra etdiyi vəzifə Süleyman Frankinin atası Toni Franki, anası Vera Kardahi, 2,5 yaşlı bacısı Cihan və 30-dan çox insanın ölümünə səbəb olmuşdu.

Gülşən
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->