Dünya 10:27 29.11.2013

400 min əcnəbiyə Rusiyaya giriş QADAĞAN EDİLDİ


Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Radomodanovski məlumat verib


Rusiyadan miqrasiya qanunlarını pozan 380 mindən çox əcnəbiyə ölkəyə giriş qadağan olunub. ANS PRESS-in məlumatına görə, bu barədə "İnterfax"a Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Radomodanovski məlumat verib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən əcnəbi qanun pozanlara ölkəyə giriş qadağan edilib. K. Radomodanovski bildirib ki, bu, miqrasiya qaydalarını pozan xarici vətəndaşlarla bağlı zəruri tədbirdir.


Qaynar.info