Foto 15:52 16.09.2021

44 günlük Vətən müharibəsi şəhidinin xatirəsinə turnir keçirildi (FOTOLAR)

Azərbaycanda şəhidin xatirəsinə turnir keçirilib. 

Qaynarinfo xəbər verir ki, Azərbaycanda şəhid Aydın Əliyevin xatirəsinə futbol turniri təşkil olunub. "Zirvə Bakı" futbol klubunun təşkilatçılığı ilə 2008-2010 təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə "Zirvə Bakı", "Xan", "Atletiko Bakı", "Paso", "Kürdəxanı", "Şuşa", "Zəngilan", "Neapol" klubları çıxış edib. "Şəhidlər ölməz, vətən bölünməz, Qarabağ Azərbaycandır" şüarı ilə start verilən turnirdə komandalar iki qrupa bölünərək mübarizə aparıb.

Finalda "Xan"la "Zirvə Bakı" üz-üzə gəlib və ikincilər penaltilər seriyasında qalib gəlib. Qaliblərə, eyni zamanda fərqlənən futbolçulara kubok və medallar təqdim edilib.

Yarışı şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları da izləyib.

SOCAR Karbamid zavodunun əməkdaşı olmuş Əliyev Aydın Nəriman oğlu 44 günlük vətən müharibəsində ordumuzun sıralarında könüllü şəkildə döyüşüb. 2020-ci il Noyabrın 27-də Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb və 21 gün komada qaldıqdan sonra dünyasını dəyişib. O, Sumqayıtın şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra ölkə prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" və bir sıra medallarla təltif olunub.

Səbuhi Həsənov