Dünya 12:00 16.03.2019

49 nəfəri öldürmüş cinayətkar barədə ilkin qərar çıxarıldı

Yeni Zellandiyanın "Christchurch" şəhərində məscidə hücum edərək 49 nəfərin qətlə yetirmiş, 40 nəfəri yaralamış Brenton Tarrant hakim qarşısına çıxıb.

Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, 28 yaşlı avstraliyalı cinayətdə ittiham edilib və onun növbəti məhkəmə tarixinə, yəni 5 aprelə qədər həbsdə qalması barədə qərar çıxarılıb. 

Qeyd edək ki, cinayətkar hücum zamanı 5 silahdan istifadə edib. Brenton Tarrantın lisenziyalı silah sahibi olduğu bildirilir. Yeni Zellandiyanın baş naziri Cakinda Ardern məsələ ilə bağlı danışarkən ölkədə silah satışı və lisenziyaların verilməsi ilə bağlı qanuna dəyişiklik ediləcəyini bildirib.

Gülşən