ABŞ-ın Ayova ştatında azadlıqdan ömürlük məhrum edilən Benjamin Şrayber ürəyi dayandığı üçün azad edilməsini tələb edir.
Qaynarinfo xəbər verir ki, B.Şrayber 1997-ci ildə törətdiyi qətlə görə ömürlük həbs cəzası alıb. O, 2015-ci ildə böyrək daşları ilə əlaqədar septik zəhərlənmə yaşayıb və ürəyi 5 dəfə dayanıb, lakin onu yenidən həyata qaytarmaq mümkün olub. Benjamin Şrayberin iddiasına görə, daha əvvəl ürəyi dayanıb və həbsdə qanunsuz saxlanılır.
Məhbus dəfələrlə məhkəməyə müraciət edib, lakin onun iddiası qəbul olunmayıb. Bu həftə isə Şrayberin müraciəti təsdiqlənib və məhkəmə onun iddiasını nəzərdən keçirəcək.
Gülşən
Şərhlər